Bakı-Sumqayıt yolunda zəncirvari qəza - 18 AVTOMOBİL TOQQUŞDU (FOTOLAR)

  • By admin
  • 28 Yanvar 2017 09:30

3bfc8f42-abc1-44dc-ba6b-b4f3c59e2127

Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt 16-cı kilometrliyində Qafqaz Universitetinin yaxınlığında zəncirvari qəzaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 20-yə yaxın avtomobil bir-birilə toqquşub.

Toqquşan avtomobillərin birneçəsi yolun kənarındakı maneələrə çırpılıb.

Hadisə zamanı bir neçə sərnişin və sürücü yüngül xəsarət alıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.

3a07fc94-6f9a-410b-8984-1a5a33785528 3371997a-9aea-4c3e-8c74-01a13680ee54 e4935563-a313-4596-b678-1ee3618fa37e

Gununsesi.info