
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edək ki, hadisə nəticəsində 6 tələbə dünyasını dəyişib, 20 nəfər isə yaralanıb.
Gununsesi.info