Bakı-Şuşa marşrutunda gediş haqqı AÇIQLANDI

  • By admin
  • 18 Yanvar 2022 11:22

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması” ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək:

“Bununla yanaşı, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə-Ağdam istiqamatlərinda şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Reyslər Əhmədbəyli-Şuşa maşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək”.

A.Rzayev deyib ki, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti isə 7 manat olacaq:

“Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar”.

Gununsesi.info