Bakı təcridxanasının məhbusu metadonu düz bağırsağında gizlədib

Bakı İstintaq Təcridxanasının əməkdaşları 1968-ci il təvəllüdlü Yevlax rayon sakini, məhkum Əsəd Məmmədovun düz bağırsağında güclü psixotrop vasitə aşkarlayıblar.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həmin şəxsin daxili orqanında mikrokonteynerdə yeddi metadon həbi tapılıb.

Əvvəllər qanunsuz odlu silah və narkotik saxlamaqda ittiham olunan A.Məmmədov iyunun 14-də Bakının Yasamal rayonunda polis tərəfindən saxlanılıb. Asayiş keşikçiləri ondan üç qram heroin aşkar edərək götürüblər.

İlkin məlumata görə, kişi içərisində metadon olan mikrokonteynerləri udub.

Material istintaq tədbirlərinin davam etdirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Gununsesi.org