Bakı Təhsil İdarəsindən ibtidai sinif müəllimləri ilə bağlı “əcaib” açıqlama: "Onlara tədrisin keyfiyyətli təşkilini təmin etmək məqsədilə imla yazdırılır"

  • By admin
  • 28 Fevral 2017 11:02

bak-teh

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı məktəblərində “Azərbaycan dili-Ədəbiyyat” fənni müəllimlərinin ibtidai sinif müəllimlərinə imla yazdırması ilə əlaqədar yaranmış narazılıqlara münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, idarədən APA-ya verilən məlumatda bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin fəaliyyət planının “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” bəndinə əsasən, pedaqoji fəaliyyətin düzgün planlaşdırılması, didaktik qabiliyyətlərin üzə çıxarılması və tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə fəaliyyət planından irəli gələrək müəllimlərin innovativ təcrübəsinin müəyyənləşdirilməsi istiqamətində vaxtaşırı olaraq məktəbdaxili müxtəlif fəaliyyətlər icra olunur.

Həmçinin, həmkara dəstək, məktəbdə qabaqcıl təcrübəni bölüşmək, həmkarından öyrənmək və öyrətmək, məktəbdaxili inkişafetdirici tədbirlər də məktəblərin cari fəaliyyətinin tərkib hissəsidir və mütamadi olaraq məktəb rəhbərləri bu istiqamətdə müəllimlərlə iş aparır.

Gununsesi.info