Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Gununsesi.info xəbər verir ki, memorandum BTQ-nin təşkilatçılığı ilə keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı konfransda çərçivəsində reallaşıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirilib ki, bu memorandum gələcək əməkdaşlıq perspektivlərini müəyyən edir:
“Yəni gələcəkdə iqtisadi, sosial siyasi məsələlərdə BTQ tərəfindən Qəmər Adalarına dəstək nümayiş olunacaq”.
Gununsesi.info