Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin xəritəsi hazırlanıb.
Gununsesi.info “agenda.ge” saytına istinadən xəbər verir ki, xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibəti ilə coğrafiyaşünas Giorgi Balaxadze tərəfindən hazırlanıb.
Coğrafiyaşünas bu xəritənin hazırlanmasında xüsusi kartoqrafik və digital proqramdan istifadə edib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir.
Gununsesi.info