Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq - CAVİD QURBANOV

  • By admin
  • 25 Noyabr 2016 11:49

cavid

 “Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq”. 

Gununsesi.info-nun  xəbərinə görə,  bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışı zamanı  deyib.  

Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib.

C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.

Gülnaz Qənbərli

Gununsesi.info