Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir

  • By admin
  • 03 Mart 2017 21:46

baki tbilisi qars

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır. Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslana istinadən məlumat yayıb.

Nazir deyib ki, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması prosesi artıq yekunlaşır.

O qeyd edib ki, rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Nazir deyib: “Bu məsələ bir neçə gün əvvəl İslamabada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin Sammit çərçivəsində keçirdiyi görüşlərdə 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmir yolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.

Gununsesi.info