
“Bakı-Tiflis-Qars dəmir yolu tikintisi yekunlaşmaq ərəfəsindədir”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Gürcüstanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım qaldığı “Radisson Blu” mehmanxanasında Türkiyə iş adamları ilə görüşündə belə deyib.
Belə ki, Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak etmək üçün Tiflisdə rəsmi səfərdə olduğunu deyən Binəli Yıldırım bildirib ki, əsas məqsəd iki ölkə, Gürcüstan-Türkiyə arasında əlaqələri daha da inkişaf etdirməkdir.
Baş nazir Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Türkiyə, Azərbaycan və Gürcüstanı birlikdə işlək dəhliz halına gətirildiyini vurğulayıb.
“Hazırda TANAP-ın tikintisi davam etdirilir. Bu ilin avqust və ya sentyabr ayında Bakı-Tbilisi-Qars marşrutu üzrə qatarların hərəkəti həyata keçiriləcək. Bu sahəyə qoyulan investisiyalar bölgədə fəaliyyət göstərən iş adamları üçün çox əhəmiyyətlidir. Dəmiryolu layihəsinə, Türkmənistan, Qazaxıstan və Çin Xalq Respublikası da qoşulacaq” -, deyə B.Yıldırım əlavə edib.
Sonda B.Yıldırım Türkiyə iş adamlarının Gürcüstana gəlib burada iş yerləri açaraq ölkənin bayrağının dalğalandırmasının qürurverici hiss olduğunu bildirib.
Anar
Gununsesi.info