
“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib.
O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir: “Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik”.
Gununsesi.info