
Bu gün “Bakı-Tbilisi-Qars” magistralı ilə ilk yük qatarı Türkiyədən Azərbaycana yola düşüb.
Gununsesi.info bunu Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir.
Xəbərdə deyilir ki, Mersin şəhərinin Yenice stansiyasından yola çıxan 32 konteynerli 16 vaqondan ibarət qatar 650 ton soya cecəsi və keramiya yapışdırıcısı ilə yüklənib. Bu yük 2100 km məsafə qət edərək Bakıya gələcək.
Vüsalə
Gununsesi.info