Bakı-Tbilisi-Qars dəmir yolu regionun ticarət potensialını artıracaq - ƏRDOĞAN

  • By admin
  • 07 Noyabr 2017 13:50

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.

R.T.Ərdoğan bildirib ki, BTQ regional əməkdaşlığa əyani nümunədir: “Əsas məqsəd BTQ üzrə illik yükdaşıma həcmini 6,5-dən 17 milyon tona, sonrakı mərhələlərdə isə ildə 25 və 50 milyon tona çatdırmaqdır”.

Gununsesi.info