Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücü ilə işləyir -Kobaxidze

  • Müəllif: Firuzə
  • 09 Oktyabr 2026 12:10

“Nəqliyyat marşrutlarının dəyişdiyi və “Orta Dəhliz”ə marağın artıdığı bir dövrdə dəmir yollarının rolu getdikcə daha böyük əhəmiyyət əldə edir”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze 10 oktyabr – Dəmiryolçular Gününə həsr olunan tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, modernləşdirilmiş, müasir və effektiv dəmir yolu sistemi Gürcüstana tranzit rolunu daha da möhkəmləndirməyə imkan verir.

Baş nazir nəqliyyat infrastrukturunun inkişafının Gürcüstan üçün əsas prioritet olduğunu vurğulayaraq, 2032-ci ilə qədər bu sahəyə ümumilikdə yeddi milyard ABŞ dolları məbləğində investisiya qoyulacağını bildirib.

Hökumət başçısı, həmçinin Bakı-Tbilisi-Qars layihəsinin tamamlandığını və bu dəmir yolu hissəsinin tam gücü ilə fəaliyyət göstərdiyini əlavə edib.

Gununsesi.info