Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin məbləği açıqlandı.
Gununsesi.info məlumatına görə, cari ildə bu məqsəd üçün 165 mln. 825 min manat vəsait xərclənəcək. Bu, 2016-cı il ilə müqayisədə 28 mln. 203,3 min manat və ya 20,49% çoxdur.
Qeyd edək ki, bu Məsələ Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.
Gununsesi.info