Bakı-Tehran arasındakı əlaqələrin qurulmasına mane olanlar var - NAZİR

  • By admin
  • 29 Dekabr 2016 13:14
iran
İranla Azərbaycan arasında strateji əlaqələrin qurulmasına mane olan qüvvələr var və o qüvvələr hər vəchlə iki ölkə arasındakı əlaqələrə xələl gətirməyə çalışırlar.
Gununsesi.info xəbər verir ki, bu fikri İranın müdafiə naziri, ordu generalı Hüseyn Dehqan Rusiyanın RT telekanalına müsahibəsində  Azərbaycan İsrail münasibətləri ilə bağlı məsələyə toxunarkən deyib.
“Bizim Azərbaycandakı dostlarımız  bilməlidirlər ki,  bölgədə və onun hüdudlarından kənar qüvvələr var ki,  Azərbaycanla İran arasında  strateji əlaqələrin qurulmasını arzulamırlar və buna hər vasitə ilə mane olmağa çalışırlar”- deyə, İranın müdafiə naziri vurğulayıb.
Onun sözlərinə görə, bütün bunlara rəğmən Azərbaycan prezidenti İranla əlaqələrin inkişaf etdirilməsinə çalışır və  bu istiqamətdəki səylərini əsirgəmir.
Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə iranlı nazir deyir ki, biz  Azərbaycandakı dostlarımızın İsrailin bölgəyə buraxılması ilə bağlı hərəkətlərinə diqqət yetirdik və  qənaərimizə görə, İsrailin bölgəyə buraxılması onların da xeyrinə olmayacaq: “İran buna dözməyəcək. Buna baxmayaraq bu onların  öz maraq və məqsədlərini təmin etmək üçün verdiyi qərardır. Və biz də buna etiraz edə bilmərik”.
İranın müdafiə naziri əlavə edib ki, iki il öncə  İsrailin şpion pilotusuz PUA-sə İranın hava məkanını Azərbaycan  tərəfdən pozmuşdu: “Biz bununla bağlı qarşı tərəfə nota göndərərək etirazımızı bildirdik. Bildirdik ki, Azərbaycan ərazisində  İsrailin kəşfiyyat ocağı var. O zaman Azərbaycan prezidentinə bununla razılaşmaq çətin oldu. Ancaq onunla bir ildən sonra baş tutuan  görüşümüzdə bu məsələ ətrafında söhbətləşdik və Azərbaycan ərazisində İsrailin kəşfiyyat ocağının olduğunu bir daha xatırlatdıq. Ona görə də düşünürəm ki, bizim Azərbaycandakı dostlarımız İsrailin bölgəyə gəlişi heç onların maraqlarıan uyğun olmadığını anlamalıdırlar. “Azərbaycan prezidenti iki ölkə arasında əlaqələrin inkiaşf etdirilməsini istəsə də,  bunu istəməyən qüvvələr  mane olur və təsir edirlər. Netanyahunun İrana təhdidinə gəldikdə isə deyə bilərəm ki,biz onu  qəbul etmirik və ona görə də heç eşitmək barədə belə düşünmürük  nə danışır o. Onun danışıqlarının hamısı boş sözlərdir. Qoy  nə qədər ki, yorulmayıb öz-özünə danışsın”- deyə, iranlı nazir bildirib.
Gununsesi.info