Bakı-Tiflis-Qars dəmiryol xəttində logistik mərkəz tikiləcək

  • By admin
  • 11 Avqust 2017 11:18

thumb_20160316114229946

Bakı-Tiflis-Qars dəmiryol xəttində logistik mərkəz tikiləcək. Logistik mərkəz Türkiyənin Qars şəhərində inşa ediləcək. Tikiləcək logistik mərkəzin 2018-ci ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Gununesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyi məlumat  verib. Layihənin dəyəri 94,3 milyon türk lirəsi təşkil edəcək.

Logistik mərkəzin tikintisi üçün artıq 300 min kvadratmetr ərazi ayrılıb. Logistik mərkəz istifadəyə verildikdən sonra ildə buradan 412 min ton yükün daşınması nəzərdə tutulur.

Bununla yanaşı, logistik mərkəzə 16 km uzunluğunda yeni dəmiryol xəttinin də çəkilməsi nəzərdə tutulur. Bu dəmiryol xətti Qars-Ərzurum dəmiryol xəttini birləşdirəcək.

Qarsda logistik mərkəzin tikintisi ilə bağlı saziş “Azərbaycan Dəmir Yolları”nın rəhbəri, millət vəkili Cavid Qurbanovun 19 iyul 2017-ci ildə Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsindəki tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədi ilə etdiyi səfər çərçivəsində imzalanıb.

Gununsesi.info