Bakı-Tiflis-Qars dəmiryolu 2 aydan sonra istifadəyə veriləcək

  • By admin
  • 10 Aprel 2017 14:25

bak-tib-qars

Türkiyənin nəqliyat, dənizçilik və kommunikasiya naziri Əhmət Arslan iyun ayından etibarən Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə veriləcəyini bildirib.

Gununsesio.info bunu Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən bildirir.

“Qarsdan, İğdır üzərindən Naxçıvana, oradan İstanbula, İrana və Azərbaycana qədər gedəcək ikinci bir dəhlizin açılması üçün yeni bir layihə hazırlanmaq üzrədir. Azərbaycan ilə birlikdə bunu gerçəkləşdirməyə çalışırıq. Bu dəmiryolları dünyanın bir çox yerlərindən gələn yüklərin bu bölgə üzərindən başqa yerlərə paylaşdırılmasına yardım edəcək.  Ona görə dəmiryol logistik mərkəzin də yaradılmasına ehtiyac var. Bunun üçün Qarsda artıq belə bir logistik mərkəzin tikintisinə başlanacaq. ”-Ə.Arslan bildirib.

Onun sözlərinə görə, dəmiryolu ilkin olaraq 2 aylıq test ediləcək: “Bu layihə reallaşandan sonra Çindən qalxan yüklərin ölkəmiz üzərindən Londona çatırılmasını reallaşdıra biləcəyik. Bu da ölkəmizin iqtisadiyyatının genişlənməsinə, ticarətin böyüməsinə böyük təsir göstərəcək. Biz iyunda “Bakı-Tiflis-Qars”ı istifadəyə verməklə onu dünya çapında ana dəhliz halına gətirmiş olacağıq”.

Layihənin indiyədək gecikdirilməsinin səbəbini isə nazır Qarsın çətin coğrafi relyefinə və qışda hər hansı bir işin görülməsinə imkan olmaması ilə bağladı.

Qeyd edək ki, layihənin təməli 2007-ci ildən qoyulsa da,  tikintisi artıq 10-ilə yaxındır ki uzanır. Bu müddət ərzində Azərbaycan tərəfi Dövlət Neft Fondu tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat Nazirliyinə ümumilikdə 630,2 milyon ABŞ dolları, o cümlədən cari il ərzində 41,9 milyon ABŞ dolları vəsait ayrılib.

Vüsalə Rüstəmova

Gununsesi.info