Bakı-Tiflis-Qars dəmiryolu bölgənin xilasıdır - Nazir

  • By admin
  • 04 Mart 2017 11:04
ahmet_arslan_170816_(1)
 “Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisi yekunlaşmaq üzərdir. Belə bir əhəmiyyətli layihənin reallaşması nəinki Qarsın, ümumilikdə bölgənin xilası olacaq”.
 Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin nəqliyat, dənizçilik və kommunikasiya naziri Əhmət Arslan Qarsda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dəmiryol xəttinin işə düşməsi  Türkiyənin şərq bölgəsinin  inkişafına böyük töhfə verəcək.
Bununla belə nazir deyib ki,  Ankara Bakı-Tiflis-Qars dəmiryolunun Naxşıvana, oradan İrana, İrandan isə Pakistan və Hindistana çatmasını istəyir.
Mürtəza
Gununsesi.info