Bakı Türk Liseyindən gözlənilməz addım - TANINMIŞ RƏSSAM İŞDƏN KƏNARLAŞDIRILDI

  • By admin
  • 05 Fevral 2021 15:23

Azərbaycanın tanınmış rəssamı Pəri Minatur çalışdığı Bakı Türk Liseyindən xaric olunub.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə rəssamın Məhəmməd Əmin Rəsulzadənin portretini çəkdiyi və müxalif mövqeyinə görə işini itirdiyi iddia olunur.

Özünün sosial şəbəkə hesabında Pəri Minatur da bu iddiaları təsdiqləyib:

“Məni az- çox tanıyanlar bilir ki,  namərd, yaltaq, pul hərisi və riyakar olmamışam.  Oğlumun 3 yaşı olandan mən pul qazanmağa məcburam. Artıq oğlumun 20 yaşı var. Bu günə qədər kimsəyə əyilməklə, söz götürməklə pul qazanmadım Diskomfort hiss etdiyim hər yerə və hər kəsə tüpürdüm. 28 mayda iri həcmdə yayımlanaraq ajiotaj yaradan Rəsulzadə klipindən sonra kimlərinsə xoşuna getməyib mənim hansısa qurumda qalmağım və pul qazanmağım. 3 iyunda işdən kənarlaşdırılmağım üçün  təlimat oldu.  Atatürk adının müqəddəsliyini daşıdığına inandığım litseydəki münasibət də maaşım da sürətlə azalmağa başladı!!
Mənim günahım var idimi? Vardı; Dilim lal, gözüm kor olmalıydı. Amma mənim gözüm kor olmaq istəmir, mən gözəllikləri, ənginlikləri, rəngləri, öz övladım qədər sevdiyim şagirdləri görməliydim.Onların qucağıma qaçamağını, boynuma sarılmasını, valideynlərinə rəsm materialları aldırmasını görmək üçün mən nə kor nə də lal ola bilməzdim.
Ìllərdir sevgi və həvəslə çalışdığım iş yerindən ayrılmağa məcbur oldum. Əlbəttə,  bütün çətinlikləri yenə də aşacağam.Çünki məni vəzifəyə və ya sənətə kimsə gətirməyibdir ki, itirmək qorxum olsun.Nə qədər ki, bu ürəyim və əllərim var kimsə məni əzə bilməz və ac qalmaram.
Amma məni incidən bəzi demokrat hesab etdiyim dostların nə üzdə nə mesajla mənəvi dəstək olmamasıdır. Bu da keçər.Bir gün həqiqət parlayacaq və inanıram ki, o vaxt mən yad qapılarda deyil öz ölkəmdə və məni dəstəkləyən xalqımın içində olacağam!
Bizə işıq gətirəcəyini vəd edən demokratlar, görüşəcəyik!

Gununsesi.info