Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Gununsesi.info-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.
Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metr olub. Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.
Ölkə ərazisində müşahidə olunan güclü külək günorta saatlarında tədricən mülayimləşəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-si səhərədək davam edəcək.
Gununsesi.info