
Bu gecə Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hacıqabul rayonunun Navahi kəndində isə vətəndaşa məxsus “Daewoo ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info