“Bakı və İrəvanın münasibətlərini müzakirə etdik” -Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə görüşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Portuqaliya XİN başçısının Türkiyəyə səfəri çərçivəsində baş tutub.

HTML tutorial

Tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

“Ölkəmizin Ermənistanla normallaşma prosesini, Bakı və İrəvanın münasibətlərini müzakirə etdik. Həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışdıq”, – deyə XİN başçısı bildirib.

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

Gununsesi.info