
Bakı və Sumqayıtda avtomobil yanıb.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus “Lexus” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıt şəhərində vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info