
Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.
Gununsesi.info