Bakı və Biləsuvarda avtomobillər yandı

  • By admin
  • 29 Mart 2022 10:11

Bakı və Biləsuvarda avtomobillər yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki ki, Biləsuvar şəhərində “VAZ” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb: “Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Həmçinin Bakının Binəqədi rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb: “Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Gununsesi.info