Bakı və İrəvan dialoqu davam etdirməlidir - Sloveniya XİN

  • By admin
  • 13 Yanvar 2023 12:38

Sloveniyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana müraciət ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Sloveniya XİN-in rəsmi tviter səhifəsində məlumat yayılıb.

“Ermənistan və Azərbaycanı dayanıqlı həll axtarışında dialoqu davam etdirməyə çağırırıq və Avropa İttifaqının ərazilərdə olmasını dəstəkləyirik. Diplomatik vasitələrdən istifadə üstünlük təşkil etməlidir”, – deyə bildirilib.

Gununsesi.info