Bakı və İsmayıllıda yanğın baş verib

  • By admin
  • 16 Dekabr 2017 08:20

Bakı şəhəri və İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda “Mitsubishi” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Kürdmaşı kəndində isə ümumi sahəsi 60 m2 olan taxta və qamışdan ibarət tikilinin yanar konstruksiyaları 24 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info