Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

18 İyul 2017 - 15:48

Bakı vağzalında 1,1 kq heroinlə tutuldu

heroin_390

Ötən gün DİN-in müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.  

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb.

Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info