Bakı Yerevandan 50 milyard dollar məbləğində kompensasiya tələb edir Ermənistanın baş prokuroru

  • By admin
  • 12 Noyabr 2020 21:35

 

Ermənistanın keçmiş baş prokuroru və Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsində keçmiş nümayəndəsi Qevork Kostanyan bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərə dəyən zərərə görə kompensasiya ödənilməsi ilə bağlı Ermənistana qarşı iddia hazırlayıb.

Onun sözlərinə görə, iddia hələ 2 il əvvəl hazır idi, lakin təqdim edilməmişdi, çünki maddi sübutlar lazım idi.

“Onlar bu iddianı təqdim edə bilmirdilər, çünki Ermənistanın cavabdeh subyekt olması barədə kifayət qədər sübutları yox idi. Onlar beynəlxalq təşkilat tutublar və o, Azərbaycana dəymiş zərəri 50 milyard dollardan çox qiymətləndirib. Bu günlərdə Azərbaycan bildirib ki, gerçəkdən Ermənistana qarşı bu cür iddia hazırlayacaq”, – Kostanyan qeyd edib.