Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Gununsesi.info Mərkəzin məlumatını təqdim edir:
1. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqaməti və 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.
2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində və Səməd Vurğun küçəsi ilə kəsişmədən başlayaraq, Novruzov qardaşları küçəsi ilə kəsişməyə qədər, Tbilisi prospekti istiqamətində sıxlıq müşahidə olunur.
3. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində və Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, Əliyar Əliyev küçəsi ilə kəsişməyə qədər – əsas yolda, Koroğlu metro stansiyası istiqamətində də sıxlıq müşahidə olunur.
4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.
5. Cəlil Məmmədquluzadə küçəsinin, Ceyhun Səlimov küçəsi ilə birləşən hissəsindən, Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.
6. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.
7. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqaməti və Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
8. Gülarə Qədirbəyova küçəsinin, Şah İsmayıl Xətai prospekti ilə kəsişmə istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində və Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
9. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur.
10. Azadlıq prospektində, Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.
11. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Gununsesi.info