Bakı Zooloji Parkına biletlərin qiyməti açıqlandı - RƏSMİ

  • By admin
  • 09 Oktyabr 2021 13:44

Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib ki, biletin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manat olacaq: “Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək. Qapalı məkanlarımız olduğu üçün parka girişdə COVID pasportu tələb olunacaq”.

Qeyd edək ki, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Gununsesi.info