Bakıda əcnəbi vətəndaşdan oğurluq edilib.
DİN-dən Gununsesi.info-ya bildirlib ki, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildəçantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.