Bakıda əməliyyat - 50 taksi sürücüsü tutuldu

Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən icra olunub.

HTML tutorial

Əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Həyata keçirilən tədbirlər barədə geniş məlumat veriləcək.

Gununsesi.info