Bakıda əməliyyat – Avtomatlı şəxs tutuldu

  • By admin
  • 18 May 2021 16:14

Bakının Xəzər rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Gununsesi.info xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində Ramana qəsəbə sakini İ.Nağıyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 26 ədəd patron aşkar edilib.

Araşdırma aparılır.