XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

18 Avqust 2016 - 12:16

Bakıda ərəblərə görə evlər bahalaşa bilər?

ereb

 

Azərbaycana gələn turistlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Bölgələrdə və paytaxtda hər addımbaşı ərəb, iranlı turistə, eləcə də digər millətlərin nümayəndələrinə rast gəlmək mümkündür. Turistlər arasında ərəblər say çoxluğu ilə üstünlük təşkil edir.

Ərəblərin Azərbaycana axışının əmlak bazarında qiymətlərə ciddi təsir edəcəyi bildirilir.

Yayılan məlumatlara görə, Bakının ən bahalı otellərində qalan ərəblər paytaxtın mərkəzi yerlərində ev almağa can atırlar. Bu isə öz növbəsində mənzil bazarında canlanmaya və qiymət artımına səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, ekspert Ramil Osmanlı azvision.az -a açıqlamasında deyib ki, ölkəmizə ərəb axını mənzil bazarına təsirsiz ötüşməyəcək.

R.Osmanlı deyib ki, sentyabr ayından sonra xarici turistlərin, xüsusən ərəblərin Bakıya axının nəticələri məlum olacaq. “Onların Bakıda nə qədər əmlaka sahib olmaları və digər məsələlərlə bağlı hələlik rəsmi məlumat yoxdur. Reyestr xidməti bununla bağlı hansısa açıqlama verməyib. Ümumi məlumatlar var, o konteksdən çıxış edib deyə bilərəm ki, bazarda nisbi aktivlik var, ancaq bu, bazarda dinamikanı dəyişəcək həddə deyil”.

Ekspertin fikrincə, gələcəkdə ehtimal olunur ki, ərəblərin və digər millətlərdən olan turistlərin Bakıya axını həm özəl mülkiyyətin, həm də dövlət əmlakının özəlləşməsi istiqamətində aktivliyi müəyyən qədər artıracaq: “Alıcı kütləsinin bazara daxil olması, təbii ki, qiymətə təsirsiz ötüşməyəcək. Pul axınını artıracaq, bu da olsa qiymət artımına gətirib çıxaracaq. Qiymət artımının hansı həddə, hansı fazilə olacağını indidən demək düzgün olmaz”.

 

Gununsesi.info