
Sabunçu rayonunda ərzaq mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 110 m2 olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.
Ev yanğından mühafizə olunub. Yanğın saat 06:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info