Bakıda ət yenidən bahalaşdı - Qarşısını alan olacaqmı?

  • By admin
  • 14 Sentyabr 2016 16:01

et

Qurban bayramı zamanı ətin qiymətində artım müşahidə olunub. Əvvəllər bir kilosu 8 manat satılan mal əti, bayram günündə 9 manata satılıb. Mal əti ilə yanaşı, qoyun ətinin qiymətində də artım qeydə alınıb. Qoyun ətinin 1 kiloqramı ət kəsimi yerlərində alıcılara 11-12 manata, hətta, bəzi yerlərdə13 manata təklif olunub. Görəsən, bayram günündə qiymət artım nə ilə əlaqəlidir?

HTML tutorial

Gununsesi.info-ya iqtisad elmləri doktoru, iqtisadçı-ekspert Əli Əlirzayev qiymət artımını şərh edərkən deyib ki, ola bilsin ki, bayram günü bəzi yerlərdə istər mal ətinin, istərsə də qoyun ətinin qiymətində cüzü artımı olub: “Ümumiyyətlə isə bazarda qiymətlər iqtisadi prinsiplərə uyğun olaraq, tələb və təklif əsasında formalaşır. Təbbi ki,  bayram günü qiymətləri tənzimləmək olar ki, artırılmasın. Buna baxmayaraq, ətin qiymətində ciddi bir artım yoxdur və bu, təqdirəlayiq bir haldır”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir: “Azərbaycanda mal-qaranın 80%-nı inək və qoyun təşkil edir. Amma kəndli və fermerlərə şərait yaratmaq lazımdır ki, onlar öz məhsullarını rahat bir şəkildə bazara çıxarıb sata bilsinlər. Bunun üçün də ölkədə monopoliyanın və inhisarçılığın qarşısı alınmalı, azad bazar iqtisadiyyatı inkişaf etdirilməlidir”.

Ə. Əlirzayevin fikirincə, keyfiyyətdən aslı olaraq ət məhsulunun qiymətində dəyişiklik ola bilər, mal ətini 7 manata, hətta, 8 manata da sata bilərlər: “Amma 7 manata satılan ət mal əti deyil, bu ya çamış, ya da qoca heyvanın ətidir. Ümumiyyətlə, satıcılar ilk olaraq ətin keyfiyyətinə diqqət yetirməli, bazara keyfiyyətsiz ət çıxarmamalı, bir sözlə, bazara nəzarət olunmalıdır”.

Ə. Əlirzayev “Bayram günləri ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi yarmarka təşkil edir. Yarmarkaların təşkilindən daha çox fermerlər yoxsa, məmurlar qazanır” sualına cavabında bildirib ki, buna birmənalı olaraq cavab vermək çox çətindir: “Əslində məmur bazara daxil olmamaldır. Məmurun əsas vəzifəsi öz məhsulunu yarmarkaya çıxarıb satmaq istəyən fermerə və ya kəndliyə şərait yaratmaqdır. Məmurun marağı, ümumu xalqın marağına uyğun olmalıdır. Təbii ki, fermer də çalışır ki, satışdan daha çox qazanc əldə etsin. Eyni zamanda, fermerin marağı olmasa, öz məhsulunu yarmarkaya çıxarıb satmaz. Hərəsinin öz xərci, öz gəliri var. Məmur o halda daha çox qazana bilər ki, rüşvət alsın. Hesab edirəm ki, bu qəbul olunan bir hal deyil”.

Anar
Gununsesi.info