Bakıda əməliyyat keçirildi: iki nəfər saxlanıldı

  • By admin
  • 26 Noyabr 2022 19:15

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı Təbriz Həsənovdan yeddi qrama yaxın metamfetamin, səkkiz qramdan artıq tiryək, dörd qramdan artıq heroin, qardaşı Pərvizdən isə səkkiz qrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Gununsesi.info