Bakıda 1 yaşlı uşaq binadan yıxılıb öldü - FACİƏ

  • By admin
  • 25 İyul 2017 11:06
usaqyixilib3
2 gün əvvəl Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan 1 yaşlı qız vəfat edib.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 1 yaşlı Rüqayyə yenicə yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Gununsesi.info