Bakıda 11-ci sinif şagirdi binanın damından özünü atdı

  • By admin
  • 15 Fevral 2017 09:35

bina

Abşeronda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info