Bakıda 11-ci sinifdə oxuyan qızı məktəbdən çıxarıb zorla ərə verirlər

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddiaları ilə bağlı araşdırmalara başlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

HTML tutorial

Qeyd edək ki, bu barədə məlumatı jurnalist Rahil Sayadoğlu ictimailəşdirib.

O bildirib ki, Bakıda 17 yaşlı qız SMS yazaraq ailəsi tərəfindən zorla ərə verildiyini bildirib. Gənc qız bildirib ki, 11-ci sinifdə oxuyur, ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb, iki həftədən sonra da toyları olacaq.

Gununsesi.info