Bakıda 12 otaqlı evdə yanğın olub

  • By admin
  • 20 Mart 2023 11:49

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 336 kvadratmetr (hər mərtəbəsi 168 kvadratmetr) olan fin tipli ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info