Bakıda 12 yaşlı yeniyetmə yol qəzasında xəsarət aldı

  • By admin
  • 28 Aprel 2021 23:29

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı sərnişin, 2009-cu il təvəllüdlü Hacıbabazadə Nəcib Tural oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info