Bakıda 122 min bina söküləcək

  • By Mayil
  • 22 Dekabr 2016 13:10

tarixi bina

2035-ci ilədək Bakının mənzil fondunun sahəsi 97,78 milyon kvadrat metr təşkil edəcək.

Gununsesi.info-nun məlumatına görə, bu, Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.

Plana əsasən, həmin müddətədək adambaşına düşən yaşayış sahəsi 25 faiz artacaq.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə bildirib ki, bu planla əlaqədar olaraq Bakıda 122 minə yaxın bina söküləcək və ya yeri dəyişdiriləcək.

O qeyd edib ki, binaların sökülməsi bütün şəhər ərazisində həyata keçiriləcək: “Bunun bir neçə səbəbi var – yaşayış binalarının yenidən tikintisi, yolların tikintisi və bərpası, dövlət əhəmiyyətli obyektlərin tikintisi və digər səbəblər”.

Gununsesi.info