Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşdü

  • By admin
  • 02 May 2021 16:30

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Gununsesi.info-nun  məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.

Yeniyetmənin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

 

Gununsesi.info