Bakıda 16 yaşlı gənci avtomobil vurdu

  • By Günel
  • 18 Fevral 2025 08:16

Bakının Nizami rayonunda 16 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2009-cu il təvəllüdlü Cavadov Ravin Əbülfət oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info