Bakıda 16 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

  • By admin
  • 11 Yanvar 2020 16:05

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi məhkəmə iclası başlayıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə sentyabr ayında Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında baş verib. 1990-cı il təvəllüdlü C.Atabalayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.

Gununsesi.org