Bakıda 17 yaşlı ərəb turist itkin düşüb

  • By admin
  • 27 Mart 2018 17:16

Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə apa-ya səfirlikdən məlumat verilib.

Bildirilir ki, martın 27-də saat 05: 20 radələrində daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən “Winter Park” hotelindən çıxıb, bir daha geri qayıtmayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir.

Gununsesi.info