
Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağa Neymətulla küçəsində qeydə alınıb. Küçədə 17 yaşlı Fərid ələkbərov tanışları tərəfindən döyülüb. Çox saylı sınıq xəsarətləri alan Fərid ələkbərov hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını deyiblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək mümkün olmayıb.
Faktla əlaqədar başlanan araşdırmalar davam edir.
Gununsesi.info